-
- 13-05-2024, 08:23
- 428
Rekord istilər: 30 nəfər öldü
Meksikada rekord istilər səbəbindən bir həftə ərzində azı 27 nəfər ölüb.
News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.
Məlumata görə, istilərdən ölənlərin çoxu ölkənin mərkəzində yerləşən San Luis Potosi ştatında qeydə alınıb. Orada 15 nəfər ölüb.
Belə ki, ən yüksək temperatur məhz San Luis Potosidə qeydə alınıb. Valles şəhərində temperatur 48 dərəcəyə çatıb.