SON DƏQİQƏ! Qabil Əhmədov faciəvi şəkildə öldü
    • 17-06-2024, 17:16
    • 1 740

SON DƏQİQƏ! Qabil Əhmədov faciəvi şəkildə öldü

Xaçmaz rayonunun Niyaz-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır yaralanıb. Qəza zamanı 65 yaşlı rayon sakini Qabil Əhmədov həlak olub. Avtomobildə olan digər şəxslər - 67 yaşlı Əkrəm Əhmədov, 65 yaşlı Rahilə Əhmədova və 64 yaşlı Mafizə Əhmədova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlara hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.