Bu dövlət qurumunun əməkdaşı qəzada ÖLDÜ - FOTO
    • 7-09-2023, 14:29
    • 557

Bu dövlət qurumunun əməkdaşı qəzada ÖLDÜ - FOTO

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

News24.az xəbər verir ki, qəza zamanı “VAZ-2106” markalı avtomobillə “Opel” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.

Qəza zamanı Bərdə rayon sakinləri – 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.