Həmcinsi ilə nişanlanan azərbaycanlı aparıcı AYRILDI
    • 18-06-2024, 09:10
    • 35 969

Həmcinsi ilə nişanlanan azərbaycanlı aparıcı AYRILDI

Amerikada həmcinsi ilə nişanlanması ilə gündəm olan azərbaycanlı jurnalist Natiq Nailəoğlu nişanlısından ayrılıb.

News24.az Show.az-a istinadən xəbər verir ki, o, ayrılığını bu cür ifadə edib:

“Yaşanan hər şey təcrübədir. Doğrudur, hər təcrübənin insana qazandırdıqları qədər ondan aldıqları da var. Amma kim ala-yarım sonluq istər ki? Heç kim! Amma həyatdır da. Hər istdiyimizi bizə bütöv şəkildə verə bilmir, vermir. Tənhalığı sevdirir bizə. Bəlkə də ən doğrusunu edir…”.

Natiq Nailəoğlu nişanlısı ilə olan bütün şəkilləri silib və onu instagramda izləmədən çıxardıb.

Qeyd edək ki, Natiq əcnəbi əmlak agenti, 34 yaşlı Endryu Kordner ilə 2 ay öncə nişanlanması haqda açıqlama verib.