ABŞ-dan İsrailə 18 milyardlıq F-15 satışı
    • 18-06-2024, 14:59
    • 338

ABŞ-dan İsrailə 18 milyardlıq F-15 satışı

ABŞ Konqresində iki demokrat siyasətçi uzun müddətdir qarşı olduqları İsrailə döyüş təyyarələrinin satışını təsdiqləyib.

News24.az xəbər verir ki, Washington Post (WP) qəzetinə danışan və kimliklərinin açıqlanmasını istəməyən 3 ABŞ rəsmisi Nümayəndələr Palatasının üzvü Qreqori Miks və senator Ben Kardin tərəfindən 18 milyard dollar dəyərində 50 ədəd F-15-in satışını təsdiqlədiklərini bildirib.

Əvvəllər açıqlanmayan qərar ABŞ-ın müharibəni dayandırması üçün İsrailə təzyiq etmək çağırışlarına baxmayaraq, Vaşinqtonun İsrailə silah axınını davam etdirmək üçün böyük iştahını vurğulayır.

ABŞ-ın İSRAİLƏ ƏN BÖYÜK SİLAH SATIŞI

ABŞ Dövlət Departamenti Konqresə satışın təsdiqləndiyi barədə rəsmi məlumat verəcək, əgər o, bütün təsdiqləri keçərsə, bu göndəriş 7 oktyabrda Qəzzaya hücumlar başlayandan bəri ABŞ-ın İsrailə etdiyi ən böyük silah satışlarından biri olacaq.

ABŞ dövlət katibi Antoni Blinken keçən həftə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Bu görüşdə Blinkenin Netanyahuya Vaşinqtonun İsrailə silah satışına qoyulan məhdudiyyətləri qaldıracağını dediyi iddia edilib.


Günel Məlikzadə