-
- 7-05-2024, 12:54
- 240
ABŞ İsrailə silah satışını ləğv etdi
Vaşinqton İsrailə dəqiq idarə olunan silahların satışını təxirə salıb.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, söhbət adi təyyarə sursatlarını idarə olunanlara çevirə bilən təxminən 6,5 min JDAM bələdçi dəstinin satışından gedir. Qeyd olunur ki, ABŞ Konqresi təklif olunan 260 milyon dollarlıq sazişlə bağlı yanvar ayında məlumatlandırılıb, lakin qanunvericilər heç vaxt rəsmi bildiriş almayıb. O vaxtdan bəri ABŞ prezidenti Co Baydenin administrasiyası satışı həyata keçirmək üçün lazımi tədbirlər görməyib.
Qəzet yazır ki, tank sursatları, hərbi texnika və minaatan mərmiləri də daxil olmaqla, İsrailə potensial 1 milyard dollarlıq silah satışı barədə Konqresə məlumat verilməsi prosesi də mart ayından bəri dayanıb.
Mehriban Mirzəzadə