-
- 2-04-2024, 10:25
- 231
ABŞ İsrailə 18 milyard dollarlıq silah satmağa hazırlaşır
ABŞ rəhbərliyinin Qəzzada davam edən humanitar böhranda qeyd-şərtsiz dəstək verdiyi İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 döyüş təyyarəsi satmağa hazırlaşdığı bildirilir.
News24.az xəbər verir ki, İsrailin ilk olaraq 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden rəhbərliyi ilə Konqres arasında çoxlu görüşlər keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib.
Yanvarın 30-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul tərəfindən yaşıl işıq yandırılan satışla bağlı rəsmi bildirişin Bayden administrasiyasından tezliklə Konqresə göndəriləcəyi gözlənilir.
Günel Məlikzadə