“Filenin Sultanları”nın Paris 2024-dəki rəqibləri
    • 19-06-2024, 15:42
    • 250

“Filenin Sultanları”nın Paris 2024-dəki rəqibləri

Qadınlardan ibarət Türkiyə milli voleybol komandası Paris 2024 Olimpiadasında İtaliya, Hollandiya və Dominikan Respublikasının yer aldığı C qrupunda mübarizə aparacaq.

News24.az xəbər verir ki, Taylandın paytaxtı Banqkokda keçirilən püşkatma nəticəsində iyulun 28-dən avqustun 11-dək qadınlar arasında keçiriləcək Olimpiya voleybol turnirinin qrupları müəyyənləşib.

Püşkatmaya 2-ci qazandan qatılan ayparalılar C qrupunda yer alıblar.

Qeyd edək ki, Paris 2024-də qadınlar arasında voleybol turnirində qruplar aşağıdakı kimi formalaşıb:

  • A qrupu: Fransa, ABŞ, Çin, Serbiya
  • B qrupu: Braziliya, Polşa, Yaponiya, Keniya
  • C qrupu: İtaliya, Türkiyə, Hollandiya, Dominikan Respublikası

Günel Məlikzadə