“Filenin Sultanları” ABŞ-ı məğlub etdi
    • 3-06-2024, 10:05
    • 303

“Filenin Sultanları” ABŞ-ı məğlub etdi

Türkiyənin qadın Voleybol Milli Komandası FIVB Millətlər Liqasının (VNL) ikinci həftəsinin son matçında ev sahibi ABŞ-ı 3:2 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, Texasın Arlinqton şəhərində keçirilən çətin qarşılaşmada qalib gələn Ulduzlar və Ayparalar komandası təşkilatın Antalya və ABŞ mərhələlərinin sonunda 6 qalibiyyət, 2 məğlubiyyətlə ayrılıb.

Onu da qeyd edək ki, son VNL çempionu "Filenin Sultanları" 11-16 iyunda Honq-Konqda üçüncü həftənin oyunlarında Tayland, Dominikan Respublikası, Çin və Braziliya ilə qarşılaşacaq.

Günel Məlikzadə