Bronkhorst Beşiktaş-da "Hörümçək adam"ı istəyir
    • 19-06-2024, 16:02
    • 473

Bronkhorst Beşiktaş-da "Hörümçək adam"ı istəyir

"Beşiktaş"ın növbəti mövsüm üçün transfer cəhdlərini sürətləndirməsi ilə "Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorstun transfer siyahısı formalaşır.

News24.az “Sabah”a istinadən xəbər verir ki, “qara-ağlar” hollandiyalı çalışdırıcının istəyi ilə “Hörümçək adam” ləqəbli Şeraldo Bekeri gündəmə gətirib.

"Beşiktaş"ın La Liqada "Real Sosyedad"da çıxış edən surinamlı hücumçu üçün İspaniya komandasına rəsmi təklif etdiyi iddia edilib.

Van Bronkhorstun Şeraldo Bekkerə zəmanət verdiyi də bildirilib.

Qeyd edək ki, klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan 29 yaşlı futbolçu "Real Sosyedad"la 18 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Günel Məlikzadə