Beşiktaş-da ayrılıq
    • 28-05-2024, 22:10
    • 241

Beşiktaş-da ayrılıq

Mövsümün əvvəlində "Nottingem Forest"dən "Beşiktaş"a icarəyə verilən Co Worrall sosial media hesabından paylaşım edərək ağ-qara komanda ilə vidalaşıb.

News24.az xəbər verir ki, 27 yaşlı ingilis müdafiəçi Worrall, "Beşiktaş, sağ ol, burada gözəl xatirələr yaşadım" deyib.

Qeyd edək ki, Worrall bu mövsüm Beşiktaş üçün 18 matçda forma geyinib. O, bu matçlarda 1 qol vurub.

Nottingem Forest ilə müqaviləsi 2026-cı ilə qədər olan Uorral ötən mövsüm İngiltərə yığmasında 9 matçda iştirak edib. 

Günel Məlikzadə