Beşiktaş-da Montero üçün təklif yağışı
    • 12-06-2024, 15:22
    • 261

Beşiktaş-da Montero üçün təklif yağışı

Ötən mövsümü icarə əsasında Portuqaliyanın “Arouca” komandasında keçirərək “Beşiktaş”a qayıdan Javi Monteroya təkliflər gəlməyə başlayıb.

News24.az  xəbər verir ki, növbəti mövsüm üçün planlarda yer almayan ispan müdafiəçi üçün Superliqa, Avropa və Portuqaliya bazarından təkliflərin olduğu iddia edilib.

Müqaviləsi 2025-ci ildə başa çatacaq Montero ötən mövsüm Aroucanın heyətində 34 rəsmi oyunda iştirak edib.

O, bu matçlarda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Günel Məlikzadə