5 mərtəbəli bina yandı
    • 19-06-2024, 22:50
    • 305

5 mərtəbəli bina yandı

Türkiyədə naməlum səbəbdən 5 mərtəbəli binanın damında yanğın baş verib.

News24.az xəbər verir ki, tezliklə alov bütün damı bürüyərək aşağı mərtəbələrə yayılıb.

Vəziyyətin bildirilməsindən sonra hadisə yerinə yanğınsöndürmə briqadası, polis və tibb qrupları göndərilib.

Hadisə yerinə gələn yanğınsöndürmə qrupları təxminən 1 saatlıq işdən sonra dam örtüyünü örtən alovu söndürə bilib. Hadisədə ölən və yaralanan olmasa da, polis qrupları yanğınla əlaqədar araşdırma başladıb.

Günel Məlikzadə