Təbii qazdan partlayış baş verdi
    • 26-03-2024, 20:00
    • 430

Təbii qazdan partlayış baş verdi

İstanbulun Esenyurt şəhərində infrastruktur işləri zamanı təbii qazın partlaması nəticəsində yanğın baş verib.

News24.az xəbər verir ki, İnönü Məhəlləsi 399 küçəsində İSKİ qrupları tərəfindən aparılan infrastruktur işləri zamanı bilinməyən səbəbdən qazdan partlayış baş verib. Partlayışdan sonra başlayan yanğında alov küçədəki 5 mərtəbəli binanın zirzəmisinə və birinci mərtəbəsinə keçib.

Xəbər üzərinə hadisə yerinə xilasetmə, tibb, polis və İGDAŞ qrupları sövq edildi.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülən yanğın nəticəsində mənzillərə böyük ziyan dəyib.

Ətrafda təhlükəsizlik tədbirləri alan qrupların işləri davam edir.

Günel Məlikzadə