Barclays-dən TL proqnozu
    • 19-06-2024, 23:40
    • 467

Barclays-dən TL proqnozu

Bir müddətdir sabit olan Dollar/TL məzənnəsində mülayim yüksəliş sürəti müşahidə edilsə də, xarici qurumlar TL-də nəzarətli ucuzlaşmanın ola biləcəyinə diqqət çəkir.

News24.az xəbər verir ki, Barclays iqtisadçıları, o cümlədən Ercan Ergüzel, Türkiyədə iqtisadi idarəetmənin yay dövründə türk lirəsinin ucuzlaşmasına imkan verə biləcəyini proqnozlaşdırıb. Təhlildə 2024-cü il ərzində Türkiyədə siyasət faizinin sabit qalacağı gözləntiləri də paylaşılıb.

2024-cü ilin ikinci yarısı üçün minimum əmək haqqı artımı elan edilərsə, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 250 bənd bəndlik artımı nəzərdən keçirə bilər.

Hesabatda, “İlin sonuna qədər inflyasiya 50 faizdən aşağı düşərsə və ardıcıl istehlak qiymət indeksi aylıq 1 faizə doğru mülayim olarsa, TCMB yumşaltma dövrünə daha erkən, noyabr və ya dekabrda başlamağı düşünə bilər” qeyd edilib.

"Biz səlahiyyətlilərin yayda TL-nin bir qədər zəifləməsinə icazə verəcəyini gözləyirik, çünki sabit məzənnənin uzun müddət saxlanılması cari əməliyyatlar açığını genişləndirmək riski ilə üzləşəcək. Bununla belə, növbəti rübdə TL-nin daha yaxşı performans göstərəcəyini gözləyirik", -deyə Barclays bildirib və  ilin sonunda inflyasiyanın 46,5% olacağını proqnozlaşdırıb.


Günel Məlikzadə