Cəlilabadda FACİƏ: iki uşaq suda boğuldu
Hadisə
Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.
News24.az APA-ya istinadla xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 16 yaşlı Nihat Aşurov və 20 yaşlı İbrahim Həsənov olduğu müəyyən edilib.
Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.