Alsu bakılı ərindən boşanır? - Özü danışdı
    • 20-06-2024, 14:04
    • 775

Alsu bakılı ərindən boşanır? - Özü danışdı

Tanınmış rusiyalı müğənni Alsu bakılı iş adamı Yan Abramovdan boşanacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, sənətçi yayılan məlumatlara belə reaksiya verib: “Hər şey yaxşıdır! Şərh vermirəm, amma hər şey yaxşıdır”.

Qeyd edək ki, Alsu və Abramovla 2006-cı il martın 18-də ailə qurub. Cütlüyün Safina, Mikella və Rafael adlı üç övladı var.