-
- 20-06-2024, 21:11
- 686
Qohum evliliyinin qadağası barədə MÜHÜM AÇIQLAMA
Vaxtilə Azərbaycan cəmiyyəti nəinki buna hazır deyildi, əks təbliğatla məşğul idi. Orta və yaşlı nəslin nümayəndələri xatırlayar ki, TV kanallarda, el şənliklərində məhz insesti təbliğ edən mahnılar qoşulurdu, şeirlər yazılırdı.
News24.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
A.Vəliyev vurğulayıb ki, insanlar bir növ yaxın qohum evliliyinə vadar edilirdi, təbliğ olunurdu:
"Mən qətiyyətlə demək istərdim ki, bəzi hallarda imperativ qadağanedici normalar hər zaman da olmasa, müəyyən mənada yerinə düşür. Bu hüquqi sənəddəki sərt addımlar zamanın tələbindən doğur. Bu sənəd Azərbaycanın gələcək genefondunu xilas edəcək sənəddir", - deyə o əlavə edib.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qohum evliliyi qadağan edilir. Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.