Bakıda qəza: Əvvəl avtomobilləri əzdi, sonra yaşıllıq əraziyə çırpıldı
    • 20-06-2024, 18:33
    • 166

Bakıda qəza: Əvvəl avtomobilləri əzdi, sonra yaşıllıq əraziyə çırpıldı

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə nəqliyyat vasitəsinin yol kənarındakı yaşıllıq əraziyə çırpılması görünür.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın hadisə ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, qəza ötən gün saat 15:00-da qeydə alınıb:

"Dünən günorta saatlarında paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsi ilə Füzuli küçəsinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq öncə hərəkət zolağındakı "Toyota", daha sonra isə "Mercedes-Benz" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb. "Hyundai" və "Mercedes-Benz" markalı nəqliyyat vasitələrinin sürücüləri yüngül bədən xəsarətləri alıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır".

Həmin görüntüləri təqdim edirik: