Rusiya və Çexiyada qasırğa can aldı
    • 21-06-2024, 08:54
    • 274

Rusiya və Çexiyada qasırğa can aldı

Moskvada ayın əvvəlindən təsirli olan isti hava şəraiti tufanla əvəzlənib.

News24.az xəbər verir ki, güclü külək və yağış şəhərdə həyatı iflic edib. Fırtına zamanı ağacın aşması nəticəsində bir nəfər ölüb. Leysan zamanı xəsarət alanlar da var.

Fırtına Mərkəzi Avropa ölkələrindən biri olan Çexiyaya da təsir edib.

Qeyd edək ki, ölkəyə təsir edən fırtına nəticəsində ağaclar aşıb, zirzəmiləri su basıb. 50 yaşlı qadın dünyasını dəyişib. 11 min ailə elektrik enerjisini ala bilmir.

Günel Məlikzadə