Güclü qasırğa: Ölən və yaralananlar var
    • 3-04-2024, 21:00
    • 177

Güclü qasırğa: Ölən və yaralananlar var

Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana təsir edib.

News24.az xəbər verir ki, vilayətin paytaxtı Nanchang şəhərində bir binanın damı tufan nəticəsində uçub. Şəhərdə 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.

Nanchangda ölən digər 4 nəfərin ölüm səbəbləri hələ müəyyən edilməsə də, səlahiyyətlilər 11 nəfərin yaralandığını açıqlayıb.

Onu da qeyd edək ki, 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib.  800-dən çox insan evlərindən təxliyə olunub.

Günel Məlikzadə