-
- 18-05-2019, 11:39
- 898
Əli Əhmədov: "Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir"
Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Əhalinin 45 faizi 30 yaşa qədər olanlardır”.
News24.az "Report" a istinadla xəbər verir ki, bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir: “Gənclərin qlobal problemlərə maraq göstərməsi Azərbaycan gəncliyinin müasir düşüncəyə sahib olması deməkdir. BMT-nin Dayanıqlı İnkişafı Məqsədləri layihəsinin meydana gəlməsi dünya xalqları arasında çox ciddi çağırışların olmasından irəli gəlir. Dünyada bir yandan aclıq, digər tərəfdən yoxsulluq və xəstəliklər yaranır, qeyri-bərabərsizlik meydana gəlir. Bu səbəbdən 2030-cu ilə qədər dünyanın dəyişdirilməsi istiqamətində yeni bir layihənin həyata keçirilməsi planlaşdırılıb. 2030-cu ildə dünya əhalisinin sayı 1 milyarddan çox artacaq. Artan əhalinin çoxu dünyanın iki qitəsinin üzərinə düşəcək - Afrika və Asiya qitələrinin. Afrikada əhalinin sayının 2030-cu ildə 1.6 milyarda, Asiya əhalisinin sayının isə 4.5 milyarda çatacağı gözlənilir. Ancaq iş yerlərinin sayı buna uyğun olaraq artmır. Bu, dünyada problemlərə yol açır”.