-
- 21-06-2024, 23:48
- 498
Yunanıstanda insanlar istidən ölür: Turistlərə təhlükə XƏBƏRDARLIĞI
Yunanıstanda havanın temperaturu o qədər yüksəkdir ki, məşhur turistik yerlər bağlanıb.
News24.az lent.az istinadən xəbər verir ki, ölkə tarixdə ən erkən isti dalğasına məruz qalıb. Hava o qədər istidir ki, artıq 4 turistin öldüyü qeydə alınıb.
İstilik dalğası ən azı üç gün ərzində +38°C-dən çox olan temperatur kimi müəyyən edilir.
Yunanıstan səlahiyyətliləri üçüncü səviyyəli istilik xəbərdarlığı elan edib, yerli sakinlər telefonlarında onları evdən işləməyə və açıq havada gərgin fəaliyyətlərdən çəkinməyə çağıran xəbərdarlıqlar alıblar.
Ən yüksək temperatur Kritin şimal-qərb sahilində qeydə alınıb: termometr +44,5°C-ə çatıb.
Xatırladaq ki, Avropada 2024-cü ildə temperaturun 2022-ci ilin yayına bərabər olacağı gözlənilir.