Şik Çexiya yığmasının tarixinə DÜŞDÜ
    • 22-06-2024, 21:41
    • 321

Şik Çexiya yığmasının tarixinə DÜŞDÜ


Patrik Şik Çexiya yığmasının Avropa çempionatlarında ən məhsuldar oyunçusu olub.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, o, 6 qolla 1-ci pilləyə yüksəlib.

AVRO-2020-də 5 dəfə fərqlənən Şik bu gün Gürcüstanla görüşdə AVRO-2024-də ilk qolunu vurub. Patrik hesabında 5 top olan Milan Baroşu (AVRO-2004) arxada qoyub. Vladimir Şmitser isə final mərhələlərində 4 qolla yadda qalıb (AVRO-96 – 1, AVRO-2000 – 2, AVRO-2004 – 1).

Qeyd edək ki, ilk turda Portuqaliyaya uduzan Çexiya 2-ci turda Gürcüstanla heç-heçə oynayıb.