Alazan çayında 2 nəfər batıb
    • 22-06-2024, 23:09
    • 225

Alazan çayında 2 nəfər batıb


İki nəfər Alazan çayında batıb. 

News24.az "Unikal"a istinadla verir ki, Qax rayon sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu iyun ayının 20-də qayıqla hərəkətdə olarkən küləkli hava səbəbindən Mingəçevir su anbarının Samux rayon ərazisinə batıblar.

Hazırda həmin ərazidə axtarışlar davam etdirilir.