Türk əsilli San-Marino təmsilçisi: “Azərbaycan, mənə səs ver”
    • 18-05-2019, 19:11
    • 1 176

Türk əsilli San-Marino təmsilçisi: “Azərbaycan, mənə səs ver”

"Bu, Eurovision” müsabiqəsində ikinci təmsilciliyimdir və bundan çox məmnunam. Mahnıda 1.2.3-ü türkcə işlətməklə bütün Türkiyəyə səslənmək istədim. Burada mən həm Türkiyəni, həm də San-Marinonu təmsil edirəm. Bundan sonra isə heç zaman bu yarışmaya qatılmayacam". 

Bu sözləri News24.az-ın Tel-Əvivə ezam olunmuş müxbirinə verdiyi müsahibəsində bu yarışmada ikinci dəfə iştirak edən San-Marino təmsilçisi, türk əsilli Serhat Əhməd deyib. O, final gecəsində Azərbaycan xalqından 7 yazaraq ona dəstək olmalarını istəyib. Təmsilçiylə video-musahibəni təqdim edirik: