AVRO-2024: Qrup mərhələsində III tur başlayır
    • 23-06-2024, 10:21
    • 310

AVRO-2024: Qrup mərhələsində III tur başlayır


Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində bu gün III tura start veriləcək.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, ilk olaraq A qrupunda iki qarşılaşma baş tutacaq.

1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrəni sınağa çəkəcək.

Şotlandiya isə Macarıstanla üz-üzə gələcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


23 iyul

AVRO-2024

A qrupu

23:00. İsveçrə - Almaniya

23:00. Şotlandiya - Macarıstan

Xal durumu: Almaniya - 6, İsveçrə - 4, Şotlandiya - 1, Macarıstan - 0.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.