Avro-2024-də açılışı o edəcək
    • 13-06-2024, 00:00
    • 878

Avro-2024-də açılışı o edəcək

Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək futbol üzrə Avropa çempionatının açılış matçında Klement Turpinin rəhbərlik etdiyi fransalı hakimlər briqadası çalışacaq.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, cümə günü, iyunun 14-də futbol üzrə 2024-cü il Avropa çempionatı başlayır. Almaniya millisi Şotlandiya, Macarıstan və İsveçrə ilə birgə A qrupunda yer alıb.

Almaniya və Şotlandiya komandaları arasındakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.