-
- 24-06-2024, 11:12
- 8 366
Bakıda 3 polisi bu evdə öldürüblər - CİNAYƏTKARIN FOTOSU
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.
News24.az bildirir ki, Lent.az-ın əməkdaşı hadisə baş verən evə gedib.
Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurmuş.
Həmin şəxsin fotosunu təqdim edirik:
Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.