Bu küçədə hərəkət tam məhdudlaşdırılır
    • 24-06-2024, 12:18
    • 560

Bu küçədə hərəkət tam məhdudlaşdırılır

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. 

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

"Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.