Diqqət! Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
    • 9-07-2021, 12:55
    • 371

Diqqət! Bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq 10-22 iyul tarixlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində (Koroğlu metrosundan başlayaraq  “Fidan” şadlıq evi yaxınlığında “Bakıxanov” körpüsünə qədər olan hissəsində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.