Prezident jurnalisti təltif etdi - SƏRƏNCAM
    • 24-06-2024, 17:56
    • 258

Prezident jurnalisti təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyunun 24-də dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, təltif olunanlar arasında jurnalist, Azərbaycan parlamentinin rəsmi orqanı olan “Milli Məclis” analitik informasiya jurnalının redaktoru Qərənfil Mansurova da var.

O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Qərənfil Mansurova Milli Məclis Aparatının baş məsləhətçisi, "Milli Məclis" jurnalının redaktorudur.

O, Milli Məclisdən əvvəl AzTV-də çalışıb.