“Avropanın ən yaxşı hava yolu şirkəti” seçildi
    • 24-06-2024, 23:00
    • 269

“Avropanın ən yaxşı hava yolu şirkəti” seçildi

Türk Hava Yolları (THY) aviasiya reytinq agentliyi Skytrax tərəfindən 9-cu dəfə "Avropanın ən yaxşı aviaşirkəti" seçilib.

News24.az xəbər verir ki, THY Mətbuat Məsləhətçiliyindən verilən məlumata görə, Londonda keçirilən World Airlines Mükafat mərasimində 9-cu dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilən THY eyni zamanda “Dünyanın ən yaxşı biznes sinif iaşə xidməti” və “Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti” mükafatlarına da layiq görülüb.

Mərasimdə THY adından mükafatı baş direktor Bilal Ekşi alıb.

Açıqlamada mükafatlarla bağlı fikirləri yer alan Ekşi, "Skytrax-dan bu nüfuzlu mükafatları almaqdan çox məmnunuq. Avropanın ən yaxşı hava yolu şirkəti və Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti seçilməkdən çox məmnunuq" dedi.

Günel Məlikzadə