Azərbaycanda ağır qəza: 10-dan çox sərnişin...
    • 28-06-2024, 16:34
    • 408

Azərbaycanda ağır qəza: 10-dan çox sərnişin...

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.