Sumqayıtda DƏHŞƏT: Qardaş qardaşı bıçaqladı
    • 25-06-2024, 09:18
    • 268

Sumqayıtda DƏHŞƏT: Qardaş qardaşı bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

News24.az xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

Şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır./APA