Əmək haqqı ilə bağlı yeni qanun - Yanvarın 1-dən qüvvəyə minəcək
    • 25-06-2024, 10:27
    • 609

Əmək haqqı ilə bağlı yeni qanun - Yanvarın 1-dən qüvvəyə minəcək

Minimum əmək haqqından aşağı əmək haqqını qadağan edən qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasına aşağıdakı kimi daxil edilib.

News24.az publika.az-a istinadla xəbər verir ki, tam iş vaxtı işləmiş və əmək normalarını yerinə yetirmiş işçinin aylıq əmək haqqının minimum əmək haqqından aşağı olmamaqla - kompensasiya və həvəsləndirmə ödənişləri nəzərə alınmadan müəyyən edilməsi təklif edilir.

Qeyd edək ki, qanun layihəsi qəbul olunarsa, yeni qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Təşəbbüsün müəllifləri isə Leonid Slutskinin rəhbərlik etdiyi Rusiya Liberal Demokrat Partiyasının (LDPR) deputatlarıdır.

Rusiyanın baş naziri Mixail Mişustin iyunun 10-da bildirib ki, 2025-ci ildən minimum əmək haqqı 15 faiz artacaq və 22 min rubldan çox olacaq. Baş nazir əlavə edib ki, 2030-cu ilə qədər minimum əmək haqqı ən azı 35 min rubla çatacaq.