-
- 25-06-2024, 14:35
- 772
Bakıda orta əməkhaqqı artdı
Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 min 282,6 manat təşkil edib.
News24.az bildirir ki, bu barədə Publika.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 % artaraq 1 min 007,5 manata çatıb.