Keçmiş müstəntiq rekord rüşvət aldı - İDDİA
    • 25-06-2024, 14:50
    • 2 792

Keçmiş müstəntiq rekord rüşvət aldı - İDDİA

Rusiya Federasiyası İstintaq Komitəsinin keçmiş müstəntiqi Marat Tambiyev təxminən yeddi milyard rubl ekvivalentində bitkoinlə rüşvət alması ilə bağlı ittihamları rədd edib. 

News24.az xəbər verir ki, bu barədə TASS-a Moskva vilayətinin Balaşixa məhkəməsindən məlumat verilib.

"Mən ittihamları qəti şəkildə qəbul etmirəm. Mən bu ittihamı şəxsən təhqiramiz hesab edirəm. Bu sənədlərdə göstərilən faktlar tamamilə çirkin və birtərəflidir", - deyə Tambiyev məhkəmədə bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Balaşixa şəhər məhkəməsi müasir Rusiya tarixində ən böyük rüşvət işini alıb. Tambiyev Marat Xamidoviç və Lyaxovenko Kristina Vasilievnaya qarşı cinayət işi açılıb.

Moskvanın Tverskoy rayonu üzrə istintaq idarəsinin keçmiş rəisi, 35 yaşlı ədliyyə mayoru Marat Tambiyev ümumi məbləği 1,5 milyon dollardan çox olan on rüşvət, 2718 bitkoin (7,3 milyard rubl) və daha 1,3 milyon dollar almaqda ittiham olunur. İstintaq Komitəsinin məlumatına görə, onun şəriki keçmiş müstəntiq, 27 yaşlı baş leytenant Kristina Lyaxovenkodur.

Müstəntiqlərin fikrincə, 2020-ci ildə Tambiyev 500 min rubl müqabilində vəkil dostu Roman Meyerə quldurluq işi açmağa və Infraud Organization haker qrupunun üzvləri olan müştərilərinə köməklik göstərib. 2021-ci ilin yanvarında hakerlər qanunsuz bazar yaratmaqla bağlı cinayət işinə cəlb olunublar. İşlə Lyaxovenko məşğul olub. Bundan sonra hesab edilir ki, müttəhim mütəmadi olaraq rüşvət almağa başlayıb.

Günel Məlikzadə