-
- 5-06-2024, 23:44
- 417
Məhkumdan rüşvət alan həbsxana rəisi tutuldu
Rusiyanın Murmansk vilayətində məhkumdan rüşvət almaqda təqsirləndirilən 17 saylı cəzaçəkmə koloniya-qəsəbəsinin keçmiş rəisi məhkəmə qarşısına çıxarılacaq.
News24.az Lent.az-a istinadla bildirir ki, istintaqın məlumatına görə, Federal Penitensiar Xidmətin keçmiş əməkdaşı 2023-cü ildə məhbusdan pul alıb və ona koloniyadan kənara çıxmağa kömək edib. Rüşvətin ümumi məbləği 260 min rubldan (təxminən 5 min manat) çox olub. Həmin şəxs növbəti dəfə rüşvət alarkən cinayət başında yaxalanıb.
Prokurorlar iş materiallarını məhkəməyə veriblər. Koloniyanın keçmiş rəisinə qarşı “Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət alma” maddəsi ilə ittiham irəli sürülüb. Onu 12 ilə qədər həbs cəzası gözləyir.