Sevgilisini öldürdü..
    • 25-06-2024, 22:00
    • 240

Sevgilisini öldürdü..

Elazığda Fırat Bulut (26) ilə sevgilisi Selen Akpolat (26) arasında mübahisə düşüb.

News24.az xəbər verir ki, mübahisə böyüyərkən Bulut tüfənglə Akpolata atəş açaraq hadisə yerindən qaçıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib.

Sağlamlıq qrupları tərəfindən aparılan müayinədə Akpolatın həyatını itirdiyi müəyyən edilib.

Qeyd edək ki, hadisə yerindən qaçan Bulut 7 mərtəbəli binadan özünü ataraq intihar edib.

Günel Məlikzadə