-
- 14-05-2024, 23:59
- 327
Keçmiş arvadını öldürdü..
İzmiridə Birkan Ekren (38) ilə boşandığı Sevim Duman (34) arasında mübahisə düşüb.
News24.az xəbər verir ki, mübahisə böyüyərkən Ekren yanındakı tapançadan Dumana atəş açıb.
Hadisə yerinə polis və tibb işçiləri sövq edilib.
Məlum olub ki, Ekren eyni silahla özünə də atəş edib. Həkimlər Dumanın hadisə yerində öldüyünü müəyyən edib. Xəstəxanaya aparılan Ekren də müdaxiləyə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, Duman və Ekrenin cəsədləri İzmir Ədli Tibb Qurumunun meyitxanasına aparılıb.
Günel Məlikzadə