Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
    • 26-06-2024, 07:47
    • 922

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə yeni vəzifə verilib.

News24 az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb.

Belə ki, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Digər əmrlə isə, Rafiq Aslanov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. ("Unikal")