30 dekar torpaq kül oldu
    • 26-06-2024, 15:08
    • 146

30 dekar torpaq kül oldu

Türkiyədə təxminən 30 dekara yaxın sahədə becərilən buğda sahəsində naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, xəbərdarlıq üzərinə hadisə yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Hadisə yerinə gedən 2 yanğınsöndürən maşını, 30 traktor, 2 qazan, 1 qreyder və vətəndaşların səyi nəticəsində baş verən yanğın söndürülərək nəzarətə götürülüb.

Yanğınla bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə