İstanbulda meşə yandı
    • 12-06-2024, 22:40
    • 294

İstanbulda meşə yandı

İstanbulda naməlum səbəbdən meşə sahəsində yanğın baş verib.

News24.az xəbər verir ki, ətrafdakıların xəbəri üzərinə çoxlu yanğınsöndürmə briqadaları və Meşə Müdirliyinə aid qruplar bölgəyə göndərilib.

Qısa müddətdə hadisə yerinə gələn qruplar alov böyümədən nəzarət altına alıb.

Xilasetmə qrupları bölgədəki yanğın nöqtələrini pilotsuz uçan aparatla təsbit etməyə çalışıb.

Yanğınsöndürənlərin soyumağa çalışdığı yanğında təxminən 50 dekar meşə və 30 dekar əkin sahəsinin zərər gördüyü öyrənilib.

Yanğınla bağlı jandarma əraziyə yaxın iş yerlərinin kameralarını yoxlamağa başlayıb.

Günel Məlikzadə