-
- 27-06-2024, 09:16
- 207
Boliviyada çevriliş cəhdi - VİDEO
Cənubi Amerika ölkəsi Boliviyada general Zuniqanın başçılıq etdiyi ordu qüvvələri La Pazdakı hökumət binasını mühasirəyə alıb.
News24.az xəbər verir ki, Boliviya xalqı da çoxlu sayda təhlükəsizlik qüvvələrinə qarşı küçələrə çıxıb.
Boliviya prezidenti Luis Arce bəzi hərbi hissələrin ölkədə nizamsız şəkildə səfərbər edildiyini bildirib və ordudan demokratiyaya hörmət etməyi xahiş edib.
X sosial media hesabından açıqlama verən Arce, "Bəzi hərbi hissələrin Boliviya ordusunun bəzi birlikləri tərəfindən nizamsız səfərbər olmasını pisləyirik. Demokratiyaya hörmət edilməlidir" dedi.
Qeyd edək ki, əsgərlər zorla hökumət binasına daxil olduqdan sonra prezident Luis Arce ictimaiyyəti hərbi üsyana qarşı demokratiyanı müdafiə etməyə çağırıb.
Milli müraciətlə xalqı sakit olmağa çağıran Arce, "Boliviyanın prezidenti və nazirləri vəzifədədir və mən xalqı demokratiyanı qorumağa dəvət edirəm. Əsgərlər dərhal geri çəkilib öz vəzifələrinə qayıtmalıdırlar. Onlardan demokratiya və konstitusiya hörmət göstərmələrini istəyirəm" dedi.
Hökumətinə dəstək verən ölkələrə təşəkkür edən Arce, "Bizi dəstəkləyən qardaş ölkələrin dövlət başçılarını salamlayır və təşəkkür edirik. Demokratiyanı qoruyan bələdiyyə başçılarına, qubernatorlara və polis rəislərinə təşəkkür edirik. Demokratiyanı qoruyan xalqımızı salamlayırıq" dedi.
Yerli media tankların və başlıqlı əsgərlərin paytaxtın Plaza Murillo meydanından dinc sakinləri evakuasiya etdiyini və ərazini mühasirəyə aldığını bildirib.
Xəbərlərdə Boliviya ordusunun yüksək rütbəli komandirlərinin icra hakimiyyətini ələ keçirməklə hədələdiyi iddia edilib.
Sosial mediada əksini tapan xəbərlərdə Baş Qərargah qərargahı ətrafında hərbi hissələrin yerləşdirildiyi bildirilib.
Sosial mediada yayılan görüntülərdə paytaxt La Pazda hərbi zirehli maşının hökumət sarayına soxulmağa çalışdığı görünür.
Əsgərlərə reaksiya göstərən vətəndaşlara bibər qazı və təzyiqli su ilə müdaxilə edilir.
Qeyd edək ki, Boliviyanın keçmiş prezidenti Evo Morales sosial media hesabında silahlı qüvvələrin “çevriliş” etməyə çalışdığını açıqlayıb.
Morales, "Çevriliş yaxınlaşır. Baş Qərargahdakı komandirlər saat 15:00-da təcili toplantı çağırdı. Demokratiyanı müdafiə etmək üçün şəhərlərdə və kəndlərdə yaşayan bütün xalqımızı milli səfərbərliyə çağırırıq. Qeyri-müəyyən ümumi tətil elan edirik. Biz silahlı qüvvələrin demokratiyanı pozmasına və xalqı qorxutmasına imkan verməyəcəyik” dedi.
Günel Məlikzadə