-
- 25-05-2019, 18:43
- 1 352
Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib - FOTOLAR
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, ədəbiyyat, incəsənət xadimləri iştirak ediblər.
News24.az xəbər verir ki, əvvəlcə teatrın foyesində şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələrdən ibarət sərgiyə baxış olub.
Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli şairin yaradıcılığı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Nazir bildirib ki, Vaqif Səmədoğlu çox zəngin təfəkkürə malik insan idi: "Bu gün böyük bir ədəbiyyat nəslinin nümayəndəsi Vaqif Səmədoğlunun 80 illik yubileyi çərçivəsində Akademik Milli Dram Teatrında onun tamaşası bərpa olunaraq yenidən təqdim olunur. Hesab edirəm ki, bu, gözəl ənənədir. Onun hər bir əsəri böyük əks-sədaya səbəb olur. Çünki o, tamamilə yeni bir düşüncənin sahibi idi. 60-cı illərin azadlıq duyğuları ilə yazıb-yaratmış şəxsiyyətlərdən biri idi. Ona görə də onun hər bir əsəri yeniliklə fərqlənirdi. Vaqif Səmədoğlunun hər bir əsərinin Azərbaycan kino, teatr, ədəbiyyat tarixində özünəməxsus yeri var”.
Nazir onu da diqqətə çatdırıb ki, iyunun 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında şairin yubileyi qeyd olunacaq: “O, Azərbaycanın ədəbiyyat aləmində görkəmli, maraqlı bir şəxsiyyət idi. Onun irsi daim ədəbiyyat tariximizdə qalacaq”.
Sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşası nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2014-cü ildə səhnələşdirilən və yenidən bərpa olunaraq tamaşaçıların ixtiyarına verilən tamaşada rolları xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova və başqaları ifa edirlər.
Təqaüddə olan və hələ müharibə dövründəki, ilk gəncliyindən unudulmaz sevgisinin xəyalı ilə yaşayan həyatsevər generalın və babalarının ölümünü səbirsizliklə gözləyən miskin nəvələrinin hekayətini canlandıran tamaşa imperiya, repressiya, müharibə və bu faciələr fonunda aşınmış, ümidsizliyə yuvarlanmış insan xarakterlərinin unikal, tragikomik boyalarla təsviridir.