Ərdoğan Barış Alperə:
    • 27-06-2024, 11:21
    • 349

Ərdoğan Barış Alperə: "Sağ cinahı iflic etdin" - VİDEO

Türkiyə millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edərək 6 xalla qrupda 2-ci olub.

News24.az xəbər verir ki, Milli komanda AVRO-2024-də son 16-ya yüksəlməyi bacararkən prezident Rəcəb Tayyib Ərdoğan Barış Alper Yılmazla telefon danışığı aparıb.

Prezident Ərdoğan Çexiyanın 2-1 hesablı qələbəsinin memarlarından olan və matçın adamı seçilən "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazı tərifləyib.

"Bariş, səni təbrik edirəm. Doğrudan da sağ cinahı iflic etdin. Bütün komandanı təbrik edirəm. Amma buraxdığımız qolda hakim çox haqsızlıq etdi. Bütün dostlarıma salamlar, gözlərindən öpürəm".

"Sağ olun, prezidentə təşəkkür edirəm. Komanda olaraq çox yaxşı idik. Ən əsası qələbə qazanmaq idi. Bütün komanda yoldaşlarımla meydanda çox yaxşı mübarizə apardıq. Bundan sonra da davam edəcəyik".

Günel Məlikzadə