-
- 27-06-2024, 16:21
- 366
Audi ChatGPT-ni seçdi
Audi müştərilərinə daha yaxşı təcrübə təqdim etmək üçün süni intellektin potensialından istifadə etməyə davam edir.
News24.az xəbər verir ki, ChatGPT-nin üçüncü nəsil modul məlumat-əyləncə sistemi (MIB 3), E3 1.2 elektron arxitekturası ilə cari və gələcək modellərinə inteqrasiya olunduğunu elan edib.
Yeni Q6 e-tron və E3 1.2 elektron arxitekturasına malik yeni modellər avtomobillərdə Audi köməkçisinin əlavəsi kimi Cerence Chat Pro vasitəsilə ChatGPT funksiyası olacaq. Bu yolla sürücülər təkmil səslə idarəetmə funksiyası ilə məlumat-əyləncə, naviqasiya və kondisioner sistemlərini idarə edə, ümumi mövzularda suallar verə biləcəklər.
Təbii dildən istifadə edərək məlumat tələb etmək imkanı sürücülərin gözlərini yoldan çəkməsinə ehtiyacı azaltmaqla sürücülük təhlükəsizliyini artırır. ChatGPT Microsoft Azure OpenAI Xidməti vasitəsilə mövcuddur. Avtomobil səviyyəli ChatGPT inteqrasiyasını təmin edən Cerence Inc. tərəfindən dəstəklənir.
Audi-nin Daxili İşlər, Məlumat-əyləncə və Bağlantı İnkişafı üzrə Vitse-Prezidenti Markus Keyt bildirir ki, onlar ChatGPT-ni səsli idarəetmə ilə problemsiz inteqrasiya etməklə hər iki tətbiqin güclü tərəflərini birləşdiriblər.
Günel Məlikzadə