Google-a rəqib olacaq
    • 10-05-2024, 12:55
    • 517

Google-a rəqib olacaq

ChatGPT süni intellekt botunun yaradıcısı OpenAI Google ilə rəqabətə hazırlaşır.

News24.az xəbər verir ki, şirkət mayın 13-ü bazar ertəsi günü süni intellektlə dəstəklənən axtarış sistemini elan etməyi planlaşdırır. Bu axtarış sisteminin isə Google-a güclü rəqib olacağı gözlənilir.

OpenAI-nin yeni axtarış sistemi ChatGPT məhsulunun uzantısı olacaq. ChatGPT-ə məlumatları birbaşa İnternetdən axtarmaq, götürmək və sitatlar daxil etmək imkanı verəcək.

BƏS CHATGPT NƏDİR?

ChatGPT, mətn sorğularına insan kimi cavablar yaratmaq üçün şirkətin qabaqcıl süni intellekt modellərindən istifadə edən OpenAI-nin chatbot məhsuludur.

Sənaye müşahidəçiləri uzun müddət ChatGPT-ni onlayn məlumat toplamaq üçün alternativ adlandırdılar. Lakin o, İnternetdən dəqiq, real vaxt məlumatı təmin etməkdə çətinlik çəkib.

Günel Məlikzadə