-
- 4-06-2024, 13:38
- 337
"ChatGPT" çökdü?
OpenAI tərəfindən hazırlanmış süni intellektli söhbət robotu ChatGPT-yə beynəlxalq giriş problemi yaranıb.
News24.az xəbər verir ki, sosial media platformalarında giriş problemlərini aşkar edən Down Detector-un məlumatına görə, milyonlarla istifadəçi ChatGPT-dən istifadə edə bilməyib.
Bəzi istifadəçilər üçün problemin davam etdiyi bildirilsə də, OpenAI tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Günel Məlikzadə